Bank Of Baku

Gürcüstanda Azərbaycan dilində nəşr olunan "Varlıq" qəzeti fəaliyyətini bərpa edib

Gürcüstanda Azərbaycan dilində nəşr olunan  "Varlıq" qəzeti  fəaliyyətini bərpa edib
# 20 dekabr 2010 07:15 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanda Azərbaycan dilində nəşr olunan "Varlıq" qəzeti bir illik fasilədən sonra yenidən fəaliyyətini bərpa edib. Bu barədə APA-nın Gürcüstan bürosuna qəzetin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbət məlumat verib. Son illər Gürcüstanda Azərbaycan dilli mətbuatın çap olunduğunu, Azərbaycan dilli milli mətbuatın getdikcə inkişaf etdiyini deyən baş redaktor oxuculara Gürcüstanda, Azərbaycanda və dünyada baş verən ictimai-siyasi hadisələri barədə tez və ətraflı məlumat çatdıracaqlarını bildirib: “Məqsədimiz Gürcüstan-Azərbaycan dostluğuna, əməkdaşlığına, ikitərəfli münasibətlərin daha da zənginləşməsinə jurnalist kimi yeni töhfələr vermək, milli-mənəvi dəyərlərimizi təbliğ etmək, azərbaycanlılar üçün Gürcüstan hökumətinin qəbul etdiyi qərar və qətnamələr barədə maarifləndirici iş aparmaqdır”.

Qeyd edək ki, qəzet Tiflisdə fəaliyyət göstərən "Varlıq" Mədəniyyət Mərkəzinin təsisçiliyi ilə nəşr olunur. "Varlıq" Mədəniyyət Mərkəzi təkcə qəzet nəşr etmir, eyni zamanda bu təşkilat AYB-nin Gürcüstan bölməsi ilə birlikdə indiyədək 8 adda kitab nəşrə hazırlayıb, Xocalı soyqırımı ilə bağlı ayrıca sayt qeydiyyatdan keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR