Bank Of Baku

“Söz azadlığı müdafiə fondu”nda işğal altında olan rayonların tarix-diyarşünaslıq muzeylərinin direktorları ilə görüş keçirilib

“Söz azadlığı müdafiə fondu”nda işğal altında olan rayonların tarix-diyarşünaslıq muzeylərinin direktorları ilə görüş keçirilib
# 20 dekabr 2010 10:03 (UTC +04:00)
Bakı-APA. “Söz azadlığı müdafiə fondu”nda işğal altında olan rayonların tarix-diyarşünaslıq muzeylərinin direktorları ilə görüş keçirilib. Fonddan APA-ya verilən məlumata görə, görüşü açan fondun sədri, şair Musa Yaqub fondun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” layihəsi barədə tədbir iştirakçılarına məlumat vermiş və üç ay ərzində layihə iştirakçılarının gördüyü işlərdən danışıb. Fondun icraçı direktoru Vüqar Tofiqli layihənin məqsədi kimi respublika üzrə virtual diyarşünaslıq muzeylər şəbəkəsini yaratmaq olduğunun bildirib. Əlaqəli məlumat bazasının yaradılmasının əhəmiyyətindən danışan layihə direktoru çıxışında bildirib ki, yaradılan resurs vasitəsi ilə ilk olaraq Azərbaycanın işğal altında olan maddi-mədəni irsi haqqında məlumatlar geniş ictimaiyyətə çatdırılacaq. Layihə çərçivəsində rayonların mədəniyyət şöbəsinin müdirlərinin və muzey direktorları ilə görüşlərdən sonra 300-dən artıq eksponatın fotosurətləri fonda təqdim edilib. Artıq fondun imkanları hesabına istifadəyə verilən www.diyarshunasliq.az saytında əldə olan məlumatlar yerləşdirilib. 2011-ci ilin yanvar ayında təqdimatı keçiriləcək saytın üzərində işlər hələ davam etdirilir.
Görüşdə Cəbrayıl rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Taryel Abbaslı fondun həyata keçirdiyi layihəni təqdirəlayiq hal hesab edərək, muzeylərin bugünkü fəaliyyətinin qənaətbəxş olmamasını, habelə muzey əməkdaşlarının sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı addımların atılmasının vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR