Bank Of Baku

Azərbaycanın tanınmış fotojurnalisti Elxan Kərimov dəfn olunub

Azərbaycanın tanınmış fotojurnalisti Elxan Kərimov dəfn olunub
# 20 dekabr 2010 13:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycanın tanınmış fotojurnalisti Elxan Kərimov bu gün son mənzilə yola salınıb.

APA-nın məlumatına görə, E. Kərimovun evində keçirilən vida mərasiminə dostları, mətbuat nümayəndələri, siyasi partiya rəhbərləri və Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri qatılıblar. Fotoreportyor doğulduğu Bülbülə qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.

Allah rəhmət eləsin.

Qeyd edək ki, Elxan Əziz oğlu Kərimov 1948-ci il dekabrın 28-də Bakının Bülbülə kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Pedaqoji Universitetində çıxan “Gənc müəllim” qəzetində fotomüxbir kimi işə başlayıb. 1971-ci ildə çəkdiyi fotolar respublikada çıxan “Azərbaycan müəllimi”, “Bakı”, “Baku” və s qəzetlərdə çap olunub. 1979-cu ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. 1998-ci ildə “Azadlıq” qəzetində baş fotomüxbir vəzifəsində işləyib. Sonradan “Turan” İnformasiya Agentliyində çalışıb.

Fotoreportyor dekabrın 19-da saat 18.00 radələrində evində qəfil ürək tutmasından vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR