Bank Of Baku

Ombudsman Elmira Süleymanova: “İnformasiya ombudsmanı səlahiyyətinin insan hüquqları üzrə müvəkkilə həvalə olunması çox böyük məsuliyyətdir”

Ombudsman Elmira Süleymanova: “İnformasiya ombudsmanı səlahiyyətinin insan hüquqları üzrə müvəkkilə həvalə olunması çox böyük məsuliyyətdir”
# 21 dekabr 2010 14:15 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ombudsman Elmira Süleymanova verib. O bildirib ki, informasiya əldə etmək hüququ tək jurnalistlərə aid deyil: “Hər bir kəs istənilən dövlət qurumundan tam dolğun informasiya ala bilər. Bundan əvvəl də bizə informasiya almaq hüququnun pozulmasına dair müraciətlər daxil olub. Belə bir işin bizə praktiki olaraq həvalə olunması xüsusi diqqət və yanaşma tələb edir. Qısa müddətdə jurnalistləri və informasiya ilə işləyən şəxsləri dəvət edib işin necə qurulmasına dair müzakirələr aparacağıq. İnformasiya ilə bağlı ayrıca şöbə yaradılacaq. Şöbələrə rəhbər və üzvlərin seçilməsində şəffaflıq təmin olunacaq. Bu prosesdə jurnalistlər də iştirak edəcək. Zənnimcə, tək jurnalistlər yox, eyni zamanda informasiya daşıyıcıları da öz hüquqlarını bilməlidir. İnformasiya azadlığı səviyyəsinin dəyərləndirilməsinə gəlincə, bu vəziyyətin təkmilləşdirilməsinə ehtiyac duyulur. Biz buna çalışacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR