Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev “Jurnalistlərin dostu” seçilib

Azərbaycan prezidenti İlham Əliyev “Jurnalistlərin dostu” seçilib
# 22 dekabr 2010 14:05 (UTC +04:00)
AJMK-dan APA-ya verilən məlumata görə, sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə 93 KİV iştirak edib. Mükafatın əsasnaməsinə uyğun olaraq gündəlik qəzetlərə, televiziya kanallarına və informasiya agentliklərinə 2, digər KİV-ə və jurnalist təşkilatlarına 1 anket vərəqi təqdim olunub. Respondentlərdən «2010-cu ilin yekunlarına görə hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz?» sualını cavablandırmaq xahiş olunub.

Sorğuda iştirak edənlərin 81 faizi Azərbaycan prezidenti İlham Əliyevi «Jurnalistlərin dostu» mükafatına ən layiqli namizəd hesab ediblər. Sorğunun nəticələrinə görə, «Azercell Telekom» MMC-nin prezidenti Ali Ağan 6 faiz səslə ikinci, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə 5 faiz səslə üçüncü yeri tutublar. Respondentlərin adlarını anketlərə daxil etdikləri digər şəxslər ümumi səslərin 8 faizini qazanıblar.

Mükafatın əsasnaməsinə görə, KİV-in inkişaf etdirilməsi sahəsində müstəsna xidmətləri olan şəxslər mükafatın laureatı ola bilərlər.

«RUH» AJMK-nın «Jurnalistlərin dostu» mükafatının təsis edilməsində əsas məqsəd cəmiyyətdə söz və məlumat azadlığı prinsiplərini inkişaf etdirmək, media ilə dövlət orqanları, özəl qurumlar, ictimai birliklər və siyasi partiyalar arasında əlaqələrin möhkəmlənməsinə köməklik göstərmək, KİV-ə qayğı ənənələrini stimullaşdırmaqdır.

1997-ci ildə təsis edilən mükafat sonuncu dəfə 2002-ci ildə Heydər Əliyevə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR