Bank Of Baku

“İrəli” İctimai Birliyinin təşəbbüsü ilə təsis olunan “Media Akademiyası”nda “Məzun günü” keçirilib - FOTOSESSİYA

“İrəli” İctimai Birliyinin təşəbbüsü ilə təsis olunan “Media Akademiyası”nda “Məzun günü” keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 22 dekabr 2010 14:55 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “İrəli” İctimai Birliyinin təşəbbüsü ilə təsis olunan “Media Akademiyası”nda “Məzun günü” keçirilib. APA-nın məlumatına görə, mərasimdə məzunlar özlərini təqdim etdikdən sonra Milli Məclisin deputatı, “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı çıxış edib. C. Osmanlı məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və Azərbaycanda peşəkar jurnalistikanın inkişaf etdiyini qeyd edib: “Layihənin əsas məqsədi modern anlayışda, yüksək dünyagörüşlü, savadlı, professional gənc jurnalistləri yetişdirib, onların milli mətbuat məkanında layiqincə təmsil edilmələrinə nail olmaq olub. Alternativ jurnalistika – peşə kursu formatında fəaliyyət göstərmiş akademiya artıq öz işinə yekun vurub”.
Sonra məzunlara diplomlar təqdim olunub. Mərasimdə iştirak edən Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Rəbiyyət Aslanova, Elmira Axundova, Rafael Cəbrayılov, o cümlədən tanınmış mətbuat orqanlarının nümayəndələri və mədəniyyət adamları məzunları təbrik edərək, öz tövsiyələrini veriblər.
Qeyd edək ki, “İrəli” İctimai Birliyinin həyata keçirdiyi “Media Akademiyası” layihəsinə bu ilin iyununda start verilib. Layihənin partnyorları arasında APA İnformasiya Agentliyi də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR