Bank Of Baku

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
# 24 dekabr 2010 15:01 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurası (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ-dan APA-ya verilən məlumata görə, komissiya üç qəzet və bir jurnalla bağlı müraciətləri araşdırıb.

“Salamnews” İnformasiya Agentliyinin “Tarixi şəxsiyyətlər” jurnalı ilə bağlı müraciətinə baxılarkən jurnalın bu ilin dekabr ayında işıq üzü görən xüsusi buraxılışında Azərbaycan xəritəsinin ciddi qüsurlarla təqdim edildiyinə diqqət yönəldilib. Müraciət araşdırılıb və “Tarixi şəxsiyyətlər” jurnalına MŞ-nin xəbərdarlığının olunması barədə rəy çıxarıb.

“Reytinq” qəzeti ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin şikayətinə baxılarkən, qəzetin Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra tələblərinə sayğısız yanaşdığı müəyyənləşib və komissiya “Reytinq” qəzetinin qarşı tərəfin mövqeyinə uyğun olaraq növbəti sayda şikayətçidən üzr istəməsi və təkzib verməsi barədə rəy verilib. Bundan əlavə, MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında mətbu nəşr barədə məsələnin müzakirəsi və müvafiq rəy hazırlanması da məqsədəuyğun hesab edilib.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Gündəm siyasət” qəzeti ilə bağlı müraciətinə də baxılıb və qəzetə MŞ-nin xəbərdarlığının olunması barədə rəy çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR