Bank Of Baku

TRT-nin Bakı təmsilçisi dəyişib - FOTO

TRT-nin Bakı təmsilçisi dəyişib - <font color=red>FOTO</font>
# 27 dekabr 2010 11:47 (UTC +04:00)
Bakı – APA. Türkiyə Radio-Televiziya Qurumunun (TRT) Bakı təmsilçiliyinə yeni rəhbər təyin olunub. APA-nın xəbərinə görə, 3 ildir bu vəzifədə çalışan Muhsin Yıldırım səlahiyyət müddəti tamamlandığından Ankaraya qayıdıb. M. Yıldırımı bu vəzifədə Yüksəl Dəyərcan (Yüksel Değercan) əvəzləyib.

Y. Dəyərcan ilyarımdır Azərbaycanda TRT-nin müxbiri kimi fəaliyyət göstərir. O, qısa müddətdə Azərbaycanın siyasi, iqtisadi, sosial həyatı və Dağlıq Qarabağ münaqişəsi haqqında Türkiyə və dünya tamaşaçılarına çoxsaylı xəbərlər ötürüb.

Y. Dəyərcan APA-ya açıqlamasında Türkiyənin və dünyanın ermənilərin Xocalıda törətdiyi vəhşiliyi ilk olaraq TRT-dən öyrəndiyini bildirib: “Türkiyə ictimaiyyətinin və beynəlxalq aləmin Azərbaycanın qanayan yarası olan Dağlıq Qarabağ problemindən xəbərdar olması məqsədilə çoxsaylı reportajlar hazırlamışam. Vəzifəmə təmsilçilik səlahiyyətinin də əlavə olunması məsuliyyətimi daha da artırır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR