Bank Of Baku

Meksika və Pakistan jurnalistlər üçün ən təhlükəli ölkələrdir

Meksika və Pakistan jurnalistlər üçün ən təhlükəli ölkələrdir
# 28 dekabr 2010 04:25 (UTC +04:00)
Bakı-APA. Jurnalistlərin peşə fəaliyyəti üçün ən təhlükəli ölkələr Meksika və Pakistandır. Bu barədə beynəlxalq jurnalist təşkilatı olan «Press Emblem Campaign»in hesabatında bildirilir.

Hesabata görə, 2010-cu ildə Meksikada narkokartellərin və cinayətkar qrupların fəaliyyətini araşdıran 14 jurnalist həlak olub. Bu rəqəm Pakistanda da 14-ə bərabərdir.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Meksika və Pakistandan sonra jurnalistlər üçün təhlükəli ölkələr sırasında Honduras, İraq, Filippin, Rusiya və Kolumbiya gəlirlər.

Ümumilikdə 2010-cu ildə dünyada xidməti borcunu yerinə yetirərkən 105 jurnalist həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR