Bank Of Baku

Azərbaycanda jurnalistlər üçün tikiləcək binaların eskiz layihələndirmə işləri yekunlaşıb

Azərbaycanda jurnalistlər üçün tikiləcək binaların eskiz layihələndirmə işləri yekunlaşıb
# 06 yanvar 2011 09:42 (UTC +04:00)
Bu barədə APA-ya KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli bildirib. Onun sözlərinə görə, tikiləcək mənzillərin hansı meyarlarla bölünəcəyi hələlik müəyyənləşməyib: “Binaların tikintisinə başlansın, tikinti qurtarana yaxın kriteriyalar müəyyənləşəcək və jurnalistlərin sənəd verməsi üçün elan veriləcək”.

Fond rəhbəri deyib ki, binaların layihələndirmə işləri tam başa çatandan sonra tikinti işlərinə başlanacaq. Tikinti işlərini hansı şirkətin aparacağı da hələ müəyyənləşməyib.

V. Səfərli evsiz jurnalistlərə bina tikmək üçün ayrılan torpaq sahəsinin sürüşmə zonasında yerləşməsi ilə bağlı yayılan məlumatı şayiə adlandırıb: “Əgər həmin ərazi sürüşmə zonası olsaydı, orada böyük bir şəhərciyin salınması ilə bağlı qərar verilməzdi. Həmin ərazidə ARDNŞ-in da ona yaxın yaşayış binası var”.

Qeyd edək ki, jurnalistlər üçün binalar prezident İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncamına əsasən tikiləcək. Sərəncama əsasən milli mətbuatın inkişafına davamlı dəstəyin təmin edilməsi, habelə mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitini yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb. Jurnalistlər üçün mənzillər Bibiheybət yaşayış massivində tikiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR