Bank Of Baku

MTRŞ teleradio yayımçılarına lisenziyanın uzadılması ilə bağlı müraciət edib

MTRŞ teleradio yayımçılarına lisenziyanın uzadılması ilə bağlı müraciət edib
# 06 yanvar 2011 13:08 (UTC +04:00)
Şuradan APA-ya verilən məlumata görə, teleradio yayımçıları lisenziya müddətinin bitməsinə ən azı 6 ay qalanadək MTRŞ-ya lisenziyanın vaxtını uzatmaq barədə ərizə ilə müraciət etməlidir. Sözügedən müraciətlərə MTRŞ-nın iclaslarında baxılaraq "Televiziya və radio yayımı haqqında" qanunun 22-ci maddəsinin tələblərinə uyğun qərar qəbul ediləcək. Qanunun həmin maddəsinə əsasən, boşalan tezlik resursundan istifadə edən və lisenziyanın müddətini uzatmaq istəyən teleradio yayımçısı xüsusi razılığın vaxtını uzatmaq barədə lisenziyanın müddətinin bitməsinə azı 6 ay qalmış ərizə verdikdə, bu tezlik üçün müsabiqə keçirilmədən dövlət rüsumunu ödəmək şərti ilə lisenziyanın müddəti daha 6 il uzadıla bilər. Qanunun tələblərini nəzərə alaraq göstərilən prosedura əməl etməyən teleradio yayımçılarının yayımlandığı tezlik boşalmış hesab ediləcək və müsabiqəyə çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR