Bank Of Baku

Lənkəranda jurnalistlər üçün seminar keçirilir – FOTO

Lənkəranda jurnalistlər üçün seminar keçirilir – <font color=red> FOTO</font>
# 06 yanvar 2011 16:56 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran şəhərində cənub bölgəsində fəaliyyət göstərən jurnalistlər üçün “Etik jurnalistika prinsiplərinin inkişaf etdirilməsi” mövzusunda üç günlük seminar işə başlayıb. APA-nın cənub bürosunun məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının “Söz azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası” ilə birgə keçirdiyi və Avropa Komissiyasının Azərbaycan nümayəndəliyinin maliyyələşdirdiyi “Etik jurnalistika təşəbbüsü - Azərbaycan” layihəsi çərçivəsində gerçəkləşən seminarı giriş sözü ilə açan Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli layihənin məqsəd və prinsiplərindən danışıb. Daha sonra Beynəlxalq Jurnalistlər Federasiyasının ekspertləri Arjumand Vajid və Maykl Tuksonun jurnalistikanın etik prinsipləri barədə çıxışları dinlənilib.

Yanvarın 8-də başa çatacaq seminarın sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR