Bank Of Baku

Rusiya Mədəniyyət və İnformasiya Mərkəzi Azərbaycan jurnalistlərinə təşəkkür bildirib - FOTO

Rusiya Mədəniyyət və İnformasiya Mərkəzi Azərbaycan jurnalistlərinə təşəkkür bildirib - <font color=red>FOTO</font>
# 14 yanvar 2011 08:48 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Bakıda fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində ilin yekunlarına dair jurnalistlərlə ənənəvi görüş keçirilib. APA-nın xəbərinə görə, mərkəzin rəhbəri Ənvər Şeyxov jurnalistlərə informasiya dəstəyinə görə minnətdarlığını bildirib. O deyib ki, qurumun məqsədi Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə xidmət etməkdir. Mərkəzin yeni binaya köçdüyünü söyləyən Ə. Şeyxov bu ayın sonunda binanın rəsmi açılışının olacağını söyləyib.
«Rossotrudniçestvo» Federal Agentliyinin idarə rəisi Tatyana Meşakova Bakıya səfərinin əsas məqsədinin mərkəzin yeni ofisi ilə tanış olmaq olduğunu bildirib. Dünyanın 73 ölkəsində belə mərkəzlərin fəaliyyət göstərdiyini bildirən T. Meşakova, bu mərkəzlərin əsas məqsədinin böyüməkdə olan nəsli dostluq ruhunda tərbiyə etmək olduğunu söyləyib: «Biz ənənəvi dostluq əlaqələrinin möhkəmlənməsi tərəfdarıyıq”.
Tədbirdə iştirak edən jurnalistlərə mərkəzlə səmərəli əməkdaşlıq etdiklərinə görə hədiyyələr təqdim olunub.
Tədbirin sonunda Ə. Şeyxov jurnalistləri mərkəzlə, müasir multimedia avadanlığı ilə təchiz olunmuş kabinetlər, auditoriyalar, kitabxana ilə tanış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR