Bank Of Baku

Azərbaycanda yeni radionun açılması üçün elan olunmuş müsabiqənin qalibinin adı açıqlanıb

Azərbaycanda yeni radionun açılması üçün elan olunmuş müsabiqənin qalibinin adı açıqlanıb
# 18 yanvar 2011 14:23 (UTC +04:00)
MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb və Şura tərəfindən radio yayımı üçün 103.3-cü tezlik resursuna elan edilmiş müsabiqə ilə bağlı müzakirələr aparılıb. Müzakirələr nəticəsində Şuraya sənədlərini təqdim edən iddiaçılardan “Golden Prince” MMC (“Azad Xəbər”) qalib elan olunub.

Qeyd edək ki, ötən il noyabrın 25-dən dekabrın 25-dək radio yayımı üçün 103.3-cü tezlik resursuna elan edilmiş müsabiqəyə üç iddiaçı, iki hüquqi şəxs – “Golden Prince” MMC (“Azad Xəbər”), “Obyektiv-Televiziya və Radio Yayım Şirkəti” MMC (“Radio Obyektiv”) və bir fiziki şəxs - Cəfərov Rəsul Ağahəsən oğlu (“Alternativ radio”) sənədlərini təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR