Bank Of Baku

Azərbaycanın tanınmış jurnalisti Valid Sənani vəfat edib

Azərbaycanın tanınmış jurnalisti Valid Sənani vəfat edib
# 23 yanvar 2011 14:00 (UTC +04:00)
APA-nın məlumatına görə, V. Sənani uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirmiş. O, bu gün dəfn olunub.

Qeyd edək ki, Valid Sənani 12 may 1935-ci ildə Bakıda anadan olub. Atası Möhsün Sənani məşhur aktyor olub. Həyat yoldaşı Ofeliya Sənani də tanınmış aktyor və televiziya diktorudur.

1952-ci ildə Bakıdakı 7 saylı orta məktəbi, 1957-ci ildə BDU-nun geoloji-coğrafiya fakültəsini bitirib. 1955-ci ildə Azərbaycan radiosunda diktor işləməyə başlayıb. 1958-ci ildən 1967-ci ilədək radionun «Xəbərlər» baş redaksiyasında redaktor, böyük redaktor, baş redaktorun müavini, 1967-1991-ci illərdə baş redaktor, proqram baş redaksiyasının direktoru işləyib. 1991-ci ilin martında Azərbaycan Jurnalistlər Birliyi sədrinin müavini seçilib.

Azərbaycan televiziyasının ilk futbol şərhçisidir.

Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyası Şurasının üzvüdür.
1989-cu ildə «Əməkdar jurnalist» fəxri adına layiq görülüb.

1 oğlu, 1 qızı, 3 nəvəsi, 1 nəticəsi var.

Allah rəhmət eləsin!
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR