Bank Of Baku

“Ankara Medical Center” 250-dən çox jurnalisti pulsuz tibbi müayinədən keçirilib

“Ankara Medical Center” 250-dən çox jurnalisti pulsuz tibbi müayinədən keçirilib
# 24 yanvar 2011 08:58 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Ankara Medical Center” Jurnalist Qadınlar Assosiasiyasının təşəbbüsü ilə həyata keçirdiyi layihə çərçivəsində indiyədək 250-dən çox jurnalisti pulsuz tibbi müayinədən keçirib. Bu barədə APA-ya məlumat verən “Ankara Medical Center”ın baş həkimi Zülfüqar Yusifov bildirib ki, rəhbərlik etdiyi klinika müxtəlif dövrlərdə fərqli peşə sahibləri üçün müəyyən tibbi aksiyalar təşkil edib: “Həqiqətən də jurnalistlər cəmiyyətimizin inkişafı üçün çox önəmli rol oynayırlar. Onlar qar, yağış bilmədən düzgün informasiyanın çatdırılması üçün çalışırlar. Aksiya dekabrın sonlarından başlayıb, yanvarın sonunda yekunlaşacaq. Yanvarın sonuna qədər tibbi müayinədən keçən jurnalistlərin sayının 300-400 arasında olacağı gözlənilir. Jurnalistlər üçün say məhdudiyyəti qoyulmayıb. Biz çalışırıq ki, gələn bütün jurnalistləri qəbul edək və onlara mümkün tibbi yardımı göstərək”.

Z. Yusifov deyib ki, layihənin qiymətləndirilməsi başa çatdıqdan sonra yeni layihələrin həyata keçirilməsi mümkündür. Bu, jurnalistlər, eyni zamanda, digər peşə sahibləri ilə bağlı ola bilər: “Əgər fərqli müayinə istiqamətləri ilə bağlı təkliflər olarsa, biz onları da müzakirə etməyə hazırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR