Bank Of Baku

Azərbaycan Mətbuat Şurasında Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

Azərbaycan Mətbuat Şurasında Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndə heyəti ilə görüş keçirilib - <font color=red>FOTO</font>
# 25 yanvar 2011 13:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) Şimali Kipr Türk Cümhuriyyətindən (ŞKTC) olan nümayəndə heyəti ilə görüş keçirilib. Şuradan APA-ya verilən məlumata görə, görüşdə çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, müxtəlif vaxtlarda Azərbaycan jurnalistlərinin ŞKTC-yə geniş tərkibli səfərləri baş tutub: “Həmin səfərlərdən biri ötən ilin noyabrında gerçəkləşib. Bu səfərdə başlıca məqsəd Şimali Kiprdə fəaliyyət göstərən media qurumlarının təcrübəsi ilə yaxından tanışlıq idi. Zəngin proqrama malik səfərin uğurlu olduğu qənaətindəyəm. Çünki KİV təmsilçilərimiz təkcə media qurumları ilə təcrübə mübadiləsi aparmadı, eyni zamanda buradakı təhsil ocaqlarına baş çəkdilər, jurnalistikanın tədrisi vəziyyəti ilə ətraflı maraqlandılar”. Ə. Amaşov həmçinin bildirib ki, Azərbaycan Mətbuat Şurası üçün Şimali Kiprin jurnalist ictimaiyyəti ilə əməkdaşlıq türk dünyasının media qurumları ilə əməkdaşlığın mühüm tərkib hissəsidir və gələcəkdə həyata keçiriləcək tədbirlər münasibətlərin daha da möhkəmlənməsinə yönələcək.

ŞKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu Şimali Kiprdən Azərbaycana edilən hər bir səfərin qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsində müstəsna rol oynadığını deyib. Şimali Kiprin nüfuzlu təhsil ocaqlarından olan Doğu Akdeniz Universitetinin rektoru Abdullah Öztopraq rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyət istiqamətlərindən danışıb. Jurnalist kadrların hazırlığına böyük önəm verildiyini deyən rektor 12 min tələbəsi olan universitetin 20 faizini əcnəbi tələbələrin təşkil etdiyini, onlardan 160-nın azərbaycanlı olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR