BBC Azərbaycan xidməti yayımını dayandırır

BBC Azərbaycan xidməti yayımını dayandırır
# 26 yanvar 2011 15:17 (UTC +04:00)
APA-nın BBC-nin Azərbaycan xidmətinin saytına istinadən verdiyi məlumata görə, bundan sonra xidmət yalnız online platforması kimi fəaliyyət göstərəcək.

BBC-nin Qlobal Xəbərlər Direktoru Piter Horroks bildirib ki, ixtisarlar hökumətin təklif etdiyi 16 faiz ixtisar paketinə uyğun həyata keçirilir. Dil xidmətlərindən Alban, Makedoniya, Serb, Afrika üçün portuqal dilli və Karib hövzəsi üçün ingilis xidmətləri bağlanır. BBC-nin Qlobal Xəbərlər Direktoru deyib ki, BBC Dünya Xidməti bölgələrdə əhəmiyyət daşıyan və nüfuza malik olan dil xidmətlərinin saxlanmasına diqqət yetirməlidir. BBC Dünya Xidməti 650 əməkdaşının ixtisarını elan edib. Bu, Dünya Xidməti əməkdaşlarının dörddə biri deməkdir. Onların əksəriyyəti bu il, qalanı isə gələn il ixtisar olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR