Bank Of Baku

Facebook və Twitter-də Suriyada etiraz aksiyası keçirmək çağırışları peyda olub

Facebook və Twitter-də Suriyada etiraz aksiyası keçirmək çağırışları peyda olub
# 03 fevral 2011 02:52 (UTC +04:00)
Bakı-APA. Facebook və Twitter sosial şəbəkələrində Suriyada etiraz aksiyası keçirmək çağırışları peyda olub. «Əş-Şərq ələ-Əvsət» qəzetinin məlumatına görə, çağırış müəllifləri bu cümə və şənbə günləri bütün ölkədə «qəzəb günü» keçirməyi təklif edirlər.

Prezident Bəşər Əsəd isə etirazçıları qabaqlayaraq Wall Street Journal-a verdiyi müsahibədə bu il vacib siyasi və iqtisadi islahatlar keçirəcəyini bildirib. O qeyri-hökumət strukturlarının iştirakı ilə bələdiyyə seçkiləri keçirəcəyini və mətbuat haqqında qanuna dəyişikliklər edəcəyini vurğulayıb.

Suriya lideri ərəb dövlət başçılarına xalqın siyasi tələblərin anlayışla yanaşmağı və təcili iqtisadi vəziyyəti yaxşılaşdırmağı məsləhət görüb. Əsədin sözlərinə görə, bu hadisələr insanların dəyişikliklərə can atdığını göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR