Bank Of Baku

«Əl-Cəzirə»nin Qahirə bürosunun rəhbəri həbs olunub

«Əl-Cəzirə»nin Qahirə bürosunun rəhbəri həbs olunub
# 05 fevral 2011 02:50 (UTC +04:00)
Bakı-APA. Misir təhlükəsizlik qüvvələrinin əməkdaşları Qətərin Əl-Cəzirə telekanalının Qahirə bürosunun rəhbəri Əbdül Fəttah Faid və kanalın müxbiri Əhməd Yusifi həbs ediblər. Bu barədə telekanalın özü məlumat yayıb.

Telekanalın Qahirə bürosu hücuma məruz qalıb. Son bir neçə gün ərzində ikinci dəfə hücuma məruz qalan büroda avadanlıq sındırılıb, ofisin özü isə yandırılıb.

Ötən həftə Misir hakimiyyəti Əl-Cəzirənin lisenziyasını alıb və təcili ölkədəki müxbir məntəqələrini yığışdırmağı tələb edib. Buna baxmayaraq telekanal Misirdəki fəaliyyətini dava etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR