Bank Of Baku

Avropa Yayım Birliyinin baş direktoru Misir hökumətinə müraciət edib

Avropa Yayım Birliyinin baş direktoru Misir hökumətinə müraciət edib
# 07 fevral 2011 08:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Avropa Yayımları Birliyi (EBU) Misir hökumətini bu ölkədə fəaliyyət göstərən jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırıb. APA-nın itv.az saytına istinadən yaydığı xəbərə görə, EBU-nun baş direktoru İnqrid Deltenre Misirdə jurnalistlərə qarşı zorakılıq hallarını pisləyib və son günlərdə baş verən hadisələri işıqlandıran media nümayəndələrinin təqibinin dərhal dayandırılmasını istəyib. EBU-nun baş direktoru söz azadlığının əsas insan haqlarından biri olduğunu xatırladaraq Misir hökumətini bu hüquqlara hörmət etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR