Bank Of Baku

Əflatun Amaşov Beynəlxalq Media Müdafiə Təşkilatının böyük müşaviri ilə görüşüb - FOTO

Əflatun Amaşov Beynəlxalq Media Müdafiə Təşkilatının böyük müşaviri ilə görüşüb   - <font color=red> FOTO</font>
# 08 fevral 2011 14:09 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Beynəlxalq Media Müdafiə Təşkilatının (İnternational Media Support - İMS) böyük müşaviri Henrik Keit Hansenlə görüşüb. Şuradan APA-ya verilən məlumata görə, qonaq öncə mərkəzi ofisi Danimarkanın paytaxtı Kopenhagendə yerləşən qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Azərbaycana səfərinin məqsədlərindən danışan H.Hansen bildirib ki, təmsil etdiyi təşkilat üçün Azərbaycanda medianın inkişaf durumunu, xüsusən də iqtisadi vəziyyətini, media-menecment məsələlərini öyrənmək mühüm əhəmiyyət daşıyır. O, həmçinin bildirib ki, səfər çərçivəsində Azərbaycanda fəaliyyət göstərən aparıcı media orqanlarının təmsilçiləri ilə də müzakirələri planlaşdırıb.
MŞ sədri Əflatun Amaşov Azərbaycanda medianın iqtisadi durumunun yaxşılaşdırılmasına yönələn tədbirlərdən söhbət açıb, bu istiqamətdəki dövlət siyasəti üzərində dayanıb.
Ə. Amaşov medianın iqtisadi müstəqilliyini artırmaq üçün digər vasitələrin də nəzərdən keçirildiyini deyib. O, yaxın zamanlarda dövlət elan və reklamlarının KİV-də, xüsusən də çap mediasında yerləşdirilməsi mexanizminin formalaşdırılacağını vurğulayıb, qeyd edib ki, mövcud istiqamətdəki Türkiyə təcrübəsinə daha çox üstünlük verilir. Bununla belə, bir sıra Avropa ölkələrinin də iş prinsipinin diqqətə alındığını da bildirib.
Mediada idarəetmənin və menecmentin vacibliyini önə çəkən Ə. Amaşov vurğulayıb ki, məsələ ilə bağlı KİV rəhbərlərinin daha yaxından maarifləndirilməsinə ehtiyac duyulmaqdadır. Ə. Amaşov mövcud istiqamətdə İMS-nin təcrübəsinin öyrənilməsini rəhbərlik etdiyi qurum üçün əhəmiyyətli sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR