Bank Of Baku

Azərbaycanda telekanalların lisenziyalarının müddətinin uzadılması prosesinə iyun-iyul aylarından başlanacaq

Azərbaycanda telekanalların lisenziyalarının müddətinin uzadılması prosesinə iyun-iyul aylarından başlanacaq
# 11 fevral 2011 11:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) 103.3-cü tezlik resursu üçün elan elədiyi müsabiqənin qalibi “Azad Xəbər” radiosu üç ay ərzində fəaliyyətə başlayacaq. MTRŞ sədri Nuşirəvan Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, radionun texniki avadanlıqlarla təminatında heç bir problem yoxdur: “Yeni radio vaxtından əvvəl efirə çıxacaq”.

Şura sədri deyib ki, il ərzində Azərbaycanda yeni radio və televiziya ilə bağlı müsabiqənin elan ediləcəyi gözlənilmir: “Hazırda Azərbaycanda televiziyaların sayı yetərincədir. Fevralın 14-də isə yeni “Mədəniyyət” kanalı fəaliyyətə başlayacaq. Hesab edirəm ki, televiziya kanalları zərurət yarandıqca açılmalıdır. Bu, davamlı gedən prosesdir. Hər il bir telekanal açıb onların sayını artırmaqla məsələni həll etmək olmaz. Yəni kəmiyyət məsələni həll etmir. Əsas məsələ mövcud telekanalların öz işlərini yeni dövrün tələblərinə uyğun qurmalarıdır. Təəssüf ki, hələ özəl kanallarda biz bunu müşahidə etmirik”.

N. Məhərrəmlinin sözlərinə görə, bu il daha çox mövcud telekanalların lisenziyalarının müddətinin uzadılması məsələsi gündəmdədir: “Təqribən iyun-iyul aylarından bu proses başlayacaq. Ona görə də hesab edirəm ki, bu il işlərimiz daha çoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR