Bank Of Baku

BBC-nin Azərbaycan xidmətinin yayımının dayandırılması ilə bağlı dəyirmi masa keçirilib

BBC-nin Azərbaycan xidmətinin yayımının dayandırılması ilə bağlı dəyirmi masa keçirilib
# 16 fevral 2011 12:43 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. BBC-nin Azərbaycan xidmətinin yayımının dayandırılması ilə bağlı dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, tədbirdə mətbuat nümayəndələri və hüquq müdafiəçiləri iştirak ediblər. “Demokratik Jurnalistlər Liqası”nın rəhbəri Yadigar Məmmədli Böyük Britaniyanın radionun fəaliyyətini dayandırması ilə bağlı verdiyi qərarın yanlış olduğunu deyib: “Radionun bağlanmasında maliyyə problemi də əsas arqument kimi göstərilib. Bundan BBC-nin Azərbaycan xidməti sonra internet yayımda fəaliyyət göstərəcək. Bu addım təkcə jurnalistikaya yox, bütün cəmiyyətə bir zərbədir”.

Hüquq müdafiəçiləri Səidə Qocamanlı, Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Mirvari Qəhrəmanlı da belə bir addımın mənfi hal olduğunu bildiriblər. Hüquq müdafiəçiləri bölgələrdə yaşayan Azərbaycan vətəndaşlarının internetdən istifadə imkanlarının çox məhdud olduğunu və bunun nəticəsində insanların İran meylli radio dalğalarına qulaq asdıqlarını söyləyiblər.
Sonda radionun bağlanmasına etiraz olaraq tədbir iştirakçıları tərəfindən bəyanat imzalanıb və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR