Bank Of Baku

Beynəlxalq Mətbuat İnstitutunun direktoru Azərbaycana gəlir

Beynəlxalq Mətbuat İnstitutunun direktoru Azərbaycana gəlir
# 18 fevral 2011 10:25 (UTC +04:00)
Bakı – APA. Dünyanın ən nüfuzlu jurnalist təşkilatı olan Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) direktoru Alison Betel Makkenzi və qurumun mətbuat, kommunikasiya məsələləri üzrə menecer Antoni Milz fevralın 21-də Azərbaycana işgüzar səfərə gələcəklər. Bu barədə APA-ya Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib. O bildirib ki, səfərin əsas məqsədi Azərbaycan mətbuatının real vəziyyəti ilə yaxından tanış olmaq, onun inkişaf yolları istiqamətində müzakirələr aparmaqdır.

Qonaqlar Azərbaycanın dövlət rəsmiləri, KİV rəhbərləri, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcəklər.

Xatırladaq ki, BMİ 1950-ci ildə yaradılıb. Mərkəzi ofisi Avstriyanın paytaxtı Vyanada yerləşən BMİ-nin dünyanın müxtəlif ölkələrində milli komitələri fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR