Bank Of Baku

“Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” İdarə Heyətinin iclası keçirilib

“Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” İdarə Heyətinin iclası keçirilib
# 18 fevral 2011 12:55 (UTC +04:00)
Bakı-APA. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən “Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” İdarə Heyətinin növbəti iclası keçirilib. Qurumdan APA-ya verilən məlumata görə, iclasda fevral ayı ərzində daxil olan 3 müraciətə baxılıb. Müraciətlərin hər üçü təmin edilib. Ümumilikdə 4200 ABŞ dolları həcmində maliyyə yardımı ayrılması barədə qərar qəbul olunub. Qərara əsasən həbsdə olan jurnalist Eynulla Fətullayevin ailəsinə 3000 ABŞ dolları, “Tolışi Sədo” qəzetinin sabiq baş redaktoru Novruzəli Məmmədovun həyat yoldaşı Məryəm Məmmədovaya 600 ABŞ dolları, “Müxalifət” qəzetinin redaksiyasına 600 ABŞ dolları məbləğində maliyyə yardımı edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR