Bank Of Baku

TRT-nin Bakı Təmsilçiliyi Xocalı soyqırımına həsr olunmuş filmin nümayişini keçirəcək

TRT-nin Bakı Təmsilçiliyi Xocalı soyqırımına həsr olunmuş filmin nümayişini keçirəcək
# 21 fevral 2011 10:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. TRT Bakı Təmsilçiliyi 26 fevral - Xocalı soyqırımı ilə əlaqədar “Duyun artıq” adlı yeni film çəkib. Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 30 dəqiqəlik filmin təqdimatının fevralın 22-də səfirlikdə keçirilməsi nəzərdə tutulub.

Filmin təqdimatında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Prezident Administrasiyasının İctimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənov, TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcan və digər rəsmi şəxslərin iştirak edəcəyi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR