Bank Of Baku

Beynəlxalq Mətbuat İnstitutunun direktoru, mətbuat və kommunikasiya məsələləri üzrə meneceri Bakıya səfərə gəlib

Beynəlxalq Mətbuat İnstitutunun direktoru, mətbuat və kommunikasiya məsələləri üzrə meneceri Bakıya səfərə gəlib
# 21 fevral 2011 15:28 (UTC +04:00)
Bakı-APA. Bu gün Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) direktoru Alison Betel Mckenzi və qurumun mətbuat, kommunikasiya məsələləri üzrə menecer Antoni Milz Bakıya işgüzar səfərə gəliblər. BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu APA-ya verdiyi məlumata görə, səfərdə əsas məqsəd Azərbaycan mətbuatının real vəziyyəti ilə yaxından tanış olmaq, mətbuatın inkişaf etdirilməsi yolları istiqamətində müzakirələr aparmaqdır: “ Proqrama uyğun olaraq, qonaqlar sabahdan başlayaraq, Azərbaycanın dövlət rəsmiləri, bir sıra media qurumları və KİV rəhbərləri, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcəklər”.

Xatırladaq ki, BMİ 1950-ci ildə yaradılıb və dünyanın 120 ölkəsində bu mötəbər qurumun üzvləri var. Mərkəzi ofisi Avstriyanın paytaxtı Vyana da yerləşən BMİ-nin dünyanın müxtəlif ölkələrində milli komitələri fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR