Bank Of Baku

İndoneziyanın müvəqqəti işlər vəkili “APA Group”un baş direktoru ilə görüşüb

İndoneziyanın müvəqqəti işlər vəkili “APA Group”un baş direktoru ilə görüşüb
# 22 fevral 2011 13:54 (UTC +04:00)
APA-nın xəbərinə görə, görüşdə İndoneziyanın müvəqqəti işlər vəkili A. Trimartono ölkəsinin Azərbaycandakı səfirliyinin bu il martın 4-də açılış mərasimi olacağını, bundan sonra Azərbaycan mediası ilə sıx əməkdaşlıq etmək istədiklərini bildirib. O, ölkəsi haqqında məlumat verib, İndoneziyanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini bildirib.

Müvəqqəti işlər vəkili İndoneziyanın Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu bildirib.

Öz növbəsində V. Mahirqızı qonağa APA Group haqqında, Azərbaycan mediasının indiki durumu barədə məlumat verib. O, gələcək əlaqələrin inkişafı, medianın bu işə verə biləcəyi töhfə barədə danışıb və konkret təkliflərini səsləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR