Bank Of Baku

Azərbaycanda səfərdə olan Beynəlxalq Mətbuat İnstitutunun nümayəndə heyəti görüşlərə başlayıb

Azərbaycanda səfərdə olan Beynəlxalq Mətbuat İnstitutunun nümayəndə heyəti görüşlərə başlayıb
# 22 fevral 2011 15:40 (UTC +04:00)
Bakı-APA. Bakıda səfərdə olan Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) direktoru Alison Betel Mckenzi və qurumun mətbuat, kommunikasiya məsələləri üzrə menecer Antoni Milz Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində BMİ-nin Azərbaycan Milli Komitəsinin sədri U. Rəhimoğlu və Milli Komitənin üzvləri ilə görüşüblər. APA-nın məlumatına görə, U. Rəhimoğlu qonaqlara BMİ-nin Azərbaycan Milli Komitəsinin fəaliyyəti, ölkəmizdə medianın vəziyyəti barədə geniş məlumat verib. O, Azərbaycanda son illər medianın inkişaf etdirilməsi istiqamətində dövlətin apardığı əsaslı işlərdən və hazırkı problemlərdən də danışıb. Umud Rəhimoğlu BMİ-nin missiyasının yalnız və yalnız dialoq, qarşılıqlı anlaşma olduğunu deyib: “Beynəlxalq Mətbuat İnstitutunun bütün media problemlərini yalnız qarşılıqlı anlaşma və dialoq yolu ilə həll etməyi qarşısına məqsəd qoyub. Beynəlxalq Mətbuat İnstitutu, onun Azərbaycan Milli Komitəsi ortaya çıxan problemlərin həlli zamanı daim obyektiv mövqe nümayiş etdirməyə, hadisələrə tərəfsiz yanaşmağa çalışır. Təəssüf ki, bəzən mətbuatın problemlərinə tərəf nümayiş etdirərək, qərəzli və radikal yanaşanlar da olur. Bu isə bütövlükdə mövcud olan problemlərin həllinə mane olan amillərdən biridir”.

A.B.Mckenzi və A.Milz BMİ-nin fəaliyyətindən və qarşıda duran vəzifələr barədə danışıblar. Konkret təkliflər ətrafında aparılan danışıqlarda BMİ-nin Milli Komitələrinin Azərbaycanda toplantısının keçirilməsi, bu qurumun nəşrlərinin Azərbaycan dilinə tərcümə edilib ölkəmizdə yayılması, konfliktlərin həllində jurnalistlərin yaxından iştirak etməsi və sairə məsələlər müzakirə olunub.

Toplantıda iştirak edən Milli Komitə üzvləri Azərbaycan Jurnalistlər Birliyinin katibi Ramiz Əsgər, Demokratik Jurnalist Liqasının sədri Yadigar Məmmədli, JuHİ sədri Müşfiq Ələsgərli, media mütəxəssisi Azər Həsrət, tanınmış jurnalist-publisist Laura Cəbrayıllı müzakirələrdə öz rəy və təkliflərini bildiriblər.

BMİ rəsmilərinin Azərbaycan Mətbuat Şurasında görüş keçirib, daha sonra Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənovla görüşüblər. Günün sonunda isə qonaqlar Beynəlxalq Media Mərkəzində olublar.

Qeyd edək ki, BMİ rəsmilərinin səfərində əsas məqsəd Azərbaycan mətbuatının real vəziyyəti ilə yaxından tanış olmaq, onun inkişaf etdirilməsi yolları istiqamətində müzakirələr aparmaqdır. Qonaqlar Azərbaycanın dövlət rəsmiləri, bir sıra media qurumlarının və KİV-rin rəhbərləri, o cümlədən, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcəklər. BMİ rəsmiləri fevralın 25-də Beynəlxalq Media Mərkəzində mətbuat konfransı keçirməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR