Bank Of Baku

Beynəlxalq Mətbuat İnstitutunun rəhbərlərinin görüşləri davam edir

Beynəlxalq Mətbuat İnstitutunun rəhbərlərinin görüşləri davam edir
# 23 fevral 2011 16:07 (UTC +04:00)
Bakı – APA. Fevralın 21-dən Azərbaycanda səfərdə olan Beynəlxalq Mətbuat İnstitutunun direktoru Alison Betel Makkenzi və qurumun mətbuat, kommunikasiya məsələləri üzrə meneceri Antoni Milzin görüşləri davam edir. BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlunun APA-ya verdiyi məlumata görə, bu gün qonaqlar “Azərbaycan” qəzetinin redaksiyasında və İctimai Televiziyada olublar. Onlar ATƏT-in Bakı ofisində demokratikləşmə şöbəsinin rəhbəri Caklin Karpenter, Açıq Cəmiyyət İnstitutunun ofisində isə ifadə azadlığı və media proqramı, ictimaiyyətlə əlaqələri şöbəsinin direktoru Rövşən Bağırovla görüşüblər. Daha sonra “Yeni Müsavat” qəzetinin redaksiyasına gedərək baş redaktor Rauf Arifoğlu ilə görüşən BMİ rəsmiləri qəzetin və ümumilikdə Azərbaycan mətbuatının real vəziyyəti ilə maraqlanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR