Bank Of Baku

KİV nümayəndələri BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüblər

KİV nümayəndələri BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüblər
# 23 fevral 2011 16:51 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşəbbüsü ilə Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində tələbələrlə ölkənin aparıcı media qurumlarının rəhbərləri arasında görüş keçirilib. Fonddan APA-ya verilən məlumata görə, tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov , 22 qəzet və media qurumlarının rəhbərləri, BDU-nun jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə, tələbə və müəllim heyəti iştirak edib. Tədbiri giriş sözü ilə açan BDU-nun jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə Fondun icraçı direktoruna belə bir təşəbbüs irəli sürdüyünə görə minnətdarlığını bildirib.
Daha sonra çıxış edən Vüqar Səfərli fondun yaranma tarixi , bu günə qədər gördüyü işlər barədə məlumat verib. Sonra isə bu tədbirin mahiyyətini açıqlanıb: “Bu təşəbbüsü irəli sürməyimizdə əsas məqsəd jurnalistika fakültəsində təhsil alan əlaçı tələbələrə qəzet redaksiyalarında təcrübə keçmək üçün şərait yaratmaq və gələcəkdə işlə təmin etməkdir. Ölkə rəhbərliyi jurnalistlərin peşəkarlığının artırılması istiqamətində lazım olan hər cür dəstəyi verir. Bu sahədə ixtisaslı jurnalistlər iş tapmaqda çətinlik çəkirlər. Bu çətinliyi qismən aradan qaldırmaq üçün bir çox qəzetlərin baş redaktorlarını bura dəvət etmişik və onlar da sizinlə birgə əməkdaşlıq etməyə hazırdırlar”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov da tədbirin mahiyyəti haqda məlumat verib. Onun sözlərinə görə, bu görüş jurnalistlərin inkişaf etməsində önəmli rol oynayacaq.
Tədbirdə iştirak edən baş redaktorlar da öz çıxışlarında tələbələrlə birgə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər.
Tədbirin sonunda BDU-nun jurnalistika fakültəsinin dekanlığı tərəfindən tələbələrin siyahısının tərtib olunması və Fonda təqdim edilməsi barədə qərar qəbul olunub.
Qeyd olunub ki, fond isə tələbələrin təcrübə keçmək üçün redaksiyalara göndərilməsini təmin edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR