Bank Of Baku

Mətbuat Şurasında «Elm və həyat» jurnalının 50 illik yubileyi ilə bağlı mərasim keçirilib - FOTO

Mətbuat Şurasında «Elm və həyat» jurnalının 50 illik yubileyi ilə bağlı mərasim keçirilib - <font color=red>FOTO</font>
# 24 fevral 2011 13:52 (UTC +04:00)
Bakı-APA. Mətbuat Şurasında «Elm və həyat» jurnalının 50 illik yubileyi ilə bağlı mərasim keçirilib. APA-nın məlumatına görə, 1961-ci ildə Respublika «Bilik» Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayan, 1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun və redaksiya kollektivinin təsisçiliyi ilə çıxan jurnalın əlamətdar gününü qeyd etmək üçün Şuraya ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri, alimlər və ziyalılar toplaşıblar. Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Həsən bəy Zərdabinin yaratdığı «Əkinçi» qəzetinin maarifçilik ənənələrəni davam etdirən «Elm və həyat» jurnalı nəşrə başladığı ilk vaxtdan elmi biliklərin təbliğində, Azərbaycan elminin tanıdılmasında böyük rol oynayıb. Dərgi ötən illər ərzində alimlərin söz tribunasına çevrilərək elmdə qazanılan uğurların, bir növ, salnaməsini yazıb, mətbuatımızda elmi kəşfləri və yenilikləri təbliğ edən yeganə elmi-kütləvi dərgi kimi tanınıb. «Elm və həyat»ın tarixindən bəhs edən Şura sədri vurğulayıb ki, mətbu orqanın tirajının 140 minə çatmasında nəşrdə maraqlı məqalələri ilə çıxış edən alim və ziyalılarla yanaşı, jurnalın kollektivinin də əməyi böyükdür. Ə. Amaşov Mətbuat Şurasının jurnala ünvanlanan təbrik plaketini AMEA-nın birinci vitse-prezidenti Arif Haşımova təqdim edib. Tədbirdə uzun illərdən bəri «Elm və həyat» jurnalında çalışan - Ulkər Hüseynovaya, Maral Poladovaya və Mehparə Axundovaya, həmçinin nəşrin redaktoru Şirindil Alışanlıya Azərbaycan Jurnalistlər Birliyinin fəxri fərmanları təqdim olunub.

AMEA-nın birinci vitse-prezidenti Arif Haşımov çıxışında bildirib ki, «Elm və həyat» jurnalı əvvəllər bir təbliğat vasitəsi idisə, müstəqillik illərindən başlayaraq elə elm həyatının özüdür. Ən çətin elmi məqalələrin jurnalda uğurla təqdim olunduğuna diqqət çəkən A.Haşımov bu fəaliyyətin ağır zəhmətlər bahasına başa gəldiyini vurğulayıb: «Belə bir jurnalın ərsəyə gəlməsi və bu günədək yaşaması olduqca çətin və zəhmət tələb edən prosesdir. Çünki mürəkkəb elmi fikirləri hamının başa düşəcəyi tərzdə vermək sıradan bir məsələ deyil. Bu işdə jurnalın neçə illərdən bəri yorulmaq bilmədən çalışan kollektivinin əməyi xüsusi vurğulanmalıdır. Azərbaycan Milli Elmlər Akademiyası bu məqsədlə xüsusi tədbirlər həyata keçirib. Lakin çalışacağıq ki, onların əməyi dövlət rəhbərliyi səviyyəsində də qiymətləndirilsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR