Bank Of Baku

Beynəlxalq Mətbuat İnstitutunun direktoru Alison Betel Mckenzi: “Azərbaycan mətbuat azadlığını daha da yaxşılaşdıra və region üçün nümunə ola bilər”

Beynəlxalq Mətbuat İnstitutunun direktoru Alison Betel Mckenzi: “Azərbaycan mətbuat azadlığını daha da yaxşılaşdıra və region üçün nümunə ola bilər”
# 25 fevral 2011 08:49 (UTC +04:00)
APA-nın məlumatına görə, səfərin təşkilatçısı BMİ-nin Azərbaycan üzrə milli komitəsinin rəhbəri Umud Rəhimoğlu bildirib ki, səfər çərçivəsində qonaqlar Azərbaycanın 20-yə yaxın QHT, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri, kütləvi informasiya vasitələri, o cümlədən hökumət nümayəndələri ilə görüşlər keçirib.

Alison Betel Mckenzi Azərbaycandakı keçirdikləri görüşləri müsbət xarakterizə edərək bildirib ki, Azərbaycan hökuməti və Mətbuat Şurası tərəfindən ölkədə jurnalistlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımları təqdir edir. Həbsdə olan Eynulla Fətullayevin mümkün olduğu qədər tez bir zamanda azadlığa çıxmasının istədiklərini də vurğulayan Alison Betel Mckenzi mətbuat sahəsində həlli vacib olan problemlərin olduğunu da qeyd edib. Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində hökumət tərəfindən atılan addımları dəstəklədiyini bildirən Alison Betel Mckenzi hökuməti bu subsidiyalardan tənqidi jurnalistika sahəsində çalışan jurnalistlərə bir təsir vasitəsi kimi istifadə etməməyə də çağırıb. Alison Betel Mckenzi onu da bildirib ki, Azərbaycan mətbuat azadlığını daha da yaxşılaşdıra və region üçün nümunə ola bilər.

Antoni Milzin isə səfərin hər iki tərəf üçün əhəmiyyətindən danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR