Bank Of Baku

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda BMİ direktoru Alison Betel Makkenzi ilə görüş keçirilib

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda  BMİ  direktoru Alison Betel Makkenzi ilə görüş keçirilib
# 25 fevral 2011 12:58 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda BMİ direktoru Alison Betel Makkenzi ilə görüş keçirilib. Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Fondun icraçı direktoru Vüqar Səfərli və Müşahidə Şurasının sədri Umud Mirzəyev iştirak edib. Fondun icraçı direktoru Vüqar Səfərli Fondun yaranma tarixi, fəaliyyət mexanizmi və iş prinsipi haqqında qonaqlara ətraflı məlumat verib. Bundan əlavə o, KİV-in maddi-texniki bazasının takmilləşdirilməsi məqsədilə indiyə qədər həyata keçirilən layihələr, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və peşəkarlığın artırılması məqsədilə fərdi yazı müsabiqələrinin keçirildiyi barədə görüş iştirakçılarının diqqətinə çatdırıb. V. Səfərli gələcəkdə jurnalistlərin beynəlxalq təcrübəni öyrənmək məqsədilə BMİ -nin vasitəsi ilə ilə Avropa ölkələrinə səfərlərinin təşkil edilməsini xanım Alison Makkenzidən xahiş edib.

Fondun indiyə qədər gördüyü işləri müsbət qiymətləndirən BMİ-nin rəhbəri xanım Alison Makkenzi jurnalistlərin sosial vəziyyətinin, KİV-in maddi texniki bazasının gücləndirilməsi və onların peşakarlığının artırılması istiqamətində Fond tərəfindən atılan addımları və həyata keçirdikləri tədbirləri dəstəklədiyini bildirib. Daha sonra xanım Makkenzi gələcəkdə azərbaycanlı jurnalistlərin peşəkarlığının artırılması məqsədilə Avropa ölkələrinə səfərlərin təşkil edilməsində BMİ tərəfindən lazımi dəstəyin göstəriləcəyini bildirib.

Qeyd edək ki, BMİ dünyanın ən nüfuzlu media təşkilatlarından biri olmaqla yanaşı, BMT və UNESKO-nun toplantılarında məsləhətçi səs hüququna malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR