Bank Of Baku

MTRŞ vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib

MTRŞ vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib
# 01 mart 2011 14:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Milli Televiziya və Radio Şurası (MTRŞ) vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib. Şuradan APA-ya verilən məlumata görə, müsahibəyə qurumun ümumi sektorunun sektor müdiri vəzifəsi çıxarılıb. Müsahibədə bu vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Milli Televiziya və Radio Şurası Aparatının dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibəyə ərizə qəbulu martın 16-dək aparılacaq.

Müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən ediləcək. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR