Bank Of Baku

Elmar Hüseynovun qətlindən 6 il ötür

Elmar Hüseynovun qətlindən 6 il ötür
# 02 mart 2011 11:06 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün jurnalist Elmar Hüseynovun məzarı ziyarət olunub. APA-nın xəbərinə görə, mərhumu yad etmək üçün Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, “Ayna”, “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı, “Yeni Nəsil” ictimai birliyinin sədri Arif Əliyev, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, hüquq müdafiəçiləri və xeyli sayda jurnalist toplaşıb. Mərasimdə çıxış edənlər Elmar Hüseynovun qətlə yetirilməsinin Azərbaycan mediası üçün böyük itki olduğunu deyiblər. Elmar Hüseynovun atası və qardaşı Elmarı yad edənlərə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də saat 20 radələrində yaşadığı binanın blokunda güllələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR