Vüsalə Mahirqızı: “Azərbaycanda KİV-in inkişafı ölkə iqtisadiyyatının inkişafına tərs mütənasibdir”
Lent.az İnformasiya Agentliyinin baş redaktoru Qabil Abbasoğlu “Mediada yeni çağırışlar – Azərbaycanda internet medianın inkişafı” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanda internet mediası sahəsində qanunvericilik bazasının hazırlanmasının zəruriliyini vurğulayan Q. Abbasoğlu hazırda KİV-lə bağlı qanunlara istinad etdiklərini söyləyib: “Ancaq internet mediasında söhbət məlumatın elə bu gün, bu dəqiqə, hətta bəzən canlı olaraq oxuculara çatdırılmasından gedir. Bu isə yeni standartların yaradılmasını zəruri edir”.
Tədbirdə “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, “İREX-Azərbaycan” təşkilatının hüquqşünası Ələsgər Məmmədli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da çıxış edib. Daha sonra müzakirələr başlayıb. Müzakirələrdə Beynəlxalq Jurnalistlər Federasiyası katibinin müavini Oliver Money-Kirle, Media Hüququ İnstitutunun direktor müavini Xalid Ağalıyev və başqaları söz alıblar.
Fasilədən sonra tədbirin “Şəffaflıq kontekstində hakimiyyət-media münasibətləri” mövzusunda ikinci sessiyası başlayıb. Bu mövzuda əsas məruzə ilə Azəri-Press Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı çıxış edib. O deyib ki, bu gün Azərbaycan mediasının müxtəlif kontekstlərdə fikir mübadiləsinə ehtiyac var. Medianın spesifik bir sahə olduğunu qeyd edən V. Mahirqızının fikrincə, bu gün Azərbaycanda KİV-in inkişafı ölkə iqtisadiyyatının inkişafına tərs mütənasibdir. Baş direktor medianın reklam alması sahəsində mövcud olan problemlərə də toxunub: “Reklam vermək istəyənlər qəzetlərin tirajı ilə maraqlananda məlum olur ki, qəzetin nə qədər satılması haqda məlumat verilmir. Televiziyalarla bağlı reytinq məsələsi mübahisəlidir. Saytlarla bağlı vəziyyət isə bir az daha aydındır. Ancaq ən böyük mübahisə qəzetlərin satış göstəriciləri ilə əlaqəlidir. Reklam verəni isə tiraj yox, nəticə maraqlandırır”.
Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dəstək Fondunun yaradılmasını müsbət qiymətləndirən V. Mahirqızı hesab edir ki, bu, hakimiyyət-media münasibətlərində hakimiyyətin addımı olub. O bildirib ki, dövlət tərəfindən yazılı mediaya yardım göstərilməsi müsbət haldır: “Lakin telekanallardakı həmkarlarımızın vəziyyətinin də çox yaxşı olduğunu demək mümkün deyil”.
V. Mahirqızının sözlərinə görə, Azərbaycanda media müstəqil biznes strukturlarına çevrilməlidir: “Dövlət tərəfindən ayrılan maliyyə yardımı isə yalnız müəyyən kömək xarakteri daşıya bilər”.
APA-nın rəhbəri Azərbaycanda birinci mənbədən informasiya alınmasında hələ də problemin qaldığını söyləyib. Lakin o, əvvəlki illərlə müqayisədə bu sahədə xeyli irəliləyiş olduğunu, dövlət orqanlarının müasir informasiya texnologiyalarından istifadə edərək, informasiya şəffaflığını təmin etdiklərini vurğulayıb. V. Mahirqızı ali məktəblərin jurnalistika fakültələrində “İctimaiyyətlə əlaqələr” ixtisasının yaradılmasını zəruri sayıb.
Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli çıxışında fond tərəfindən yazılı mediaya 2009-cu ildə 1,3 milyon, 2010-cu ildə isə 2 milyon manat ayrıldığını xatırladıb. Jurnalistlər arasında bir sıra müsabiqələrin keçirildiyini deyən V. Səfərli bunun həm də jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət etdiyini bildirib: “Fond azad mətbuatın inkişafına dəstək məqsədilə yaradılıb. Biz iqtidar-müxalifət ayrı-seçkiliyi qoymuruq”.
“Şəffaflıq-Azərbaycan” Təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva, “Trend” İnformasiya Agentliyinin direktoru İlqar Hüseynov, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də mövzu ətrafında çıxış ediblər.
Beynəlxalq konfrans martın 3-də işini yekunlaşdıracaq.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib