MTRŞ televiziya və radioların lisenziya müddətinin uzadılması məsələsini martın ortalarında müzakirə edəcək

MTRŞ televiziya və radioların lisenziya müddətinin uzadılması məsələsini martın ortalarında müzakirə edəcək
# 03 mart 2011 09:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mart ayının ortalarında Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçiriləcək. Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, iclasda televiziya və radioların lisenziya müddətinin uzadılması ilə bağlı məsələlər müzakirə ediləcək: “Artıq prosesə başlamışıq. Bütün teleradio kanalları lisenziya müddətinin bitməsinə 6 ay qalmış ərizə ilə müraciət edir. Burada hər hansı problem yoxdur. Bütün radiostansiyalara, telekanallara və kabel televiziyalarına məktubla müraciət etmişik. Bu, Azərbaycanda ilk dəfə olduğu üçün onların bəzilərinin prosedur qaydalarından xəbəri yox idi”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR