Bank Of Baku

“Jurnalistlər ədalət axtarışında” kitabının təqdimat mərasimi keçirilib

“Jurnalistlər ədalət axtarışında” kitabının təqdimat mərasimi keçirilib
# 03 mart 2011 10:13 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. 2010-cu ildə Beynəlxalq İnsan Haqları Günü ilə bağlı müsabiqəyə təqdim edilən məqalələr toplusundan ibarət olan “Jurnalistlər ədalət axtarışında” kitabının təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, mərasimdə çıxış edən kitabın redaktoru Mətləb Mütəllimli kitabda toplanan məqalələr haqqında danışıb. O bildirib ki, müsabiqənin əsas mövzusu məhkumların hüquqları ilə bağlı olub.

Keçmiş məhbus Musa Rahim isə cəzaçəkmə müəssisələrində qarşılaşdığı qanun pozuntularından bəhs edib: “Cəzaçəkmə müəssisələrində rüşvətxorluq baş alıb gedir. Məhkumların sağlamlığına, gigiyenasına heç kim fikir vermir. Azərbaycanda kifayət qədər hüquq müdafiəçisi olsa da , onlar lazımi monitorinqləri keçirmirlər, yaxud da monitorinqlərin nəticələri barədə düzgün informasiya vermirlər”.

“Avropa və Biz” adlı essesinə görə Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, dini düşmənçiliyin salınması) maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum olunmuş Rafiq Tağı da cəzaçəkmə müəssisələrindəki qanun pozuntuları barədə fikirlərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR