Azərbaycan Mətbuat Şurası “reket” qəzetlərin yeni siyahısını açıqlayacaq

Azərbaycan Mətbuat Şurası “reket”  qəzetlərin yeni siyahısını açıqlayacaq
# 03 mart 2011 14:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Mətbuat Şurası (MŞ) martın sonlarında “reket” qəzetlərin yeni siyahısını açıqlayacaq. Bu barədə APA-ya Şura sədri Əflatun Amaşov məlumat verib. Onun sözlərinə görə, yaxın günlərdə MŞ-nın İdarə Heyətinin iclası keçiriləcək və orada “reket” qəzetlərin yeni siyahısının hazırlanması ilə bağlı müzakirələr aparılacaq. Ə. Amaşov deyib ki, MŞ-nın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına 10-a yaxın şikayət daxil olub. Hazırda komissiyada bu şikayətlərlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, MŞ-nın “reket” qəzetlərlə bağlı sonuncu “qara siyahı”sında 86 nəşrin adı yer alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR