Bank Of Baku

Nüfuzlu beynəlxalq media mükafatının seçim prosesi Azərbaycana həvalə edilib - FOTO

Nüfuzlu beynəlxalq media mükafatının seçim prosesi Azərbaycana həvalə edilib - <font color=red>FOTO</font>
# 10 mart 2011 09:39 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Mətbuat İnstitutu (BMİ) özünün ən ali mükafatı - 2011-ci ilin “Azad Media Öncülü” üçün təkliflərin qəbulunu elan edib. Dünyanın ən nüfuzlu jurnalist təşkilatının bu il üçün ali mükafatının seçim prosesinin kordinə edilməsi onun Azərbaycan Milli Komitəsinə etibar edilib. Bu barədə APA-ya BMİ-nin Azərbaycan Milli Komitəsinin İnformasiya Departamentindən bildirilib. BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu deyib ki, o BMİ rəhbərliyinin bu dəfə “Azad Media Öncülü” seçiminin qurumun Azərbaycan Milli Komitəsi tərəfindən kordinə edilməsi barədə qərar qəbul edildiyini deyib: “Dünyanın ən böyük jurnalist təşkilatı olan Beynəlxalq Mətbuat İnstitutunun “Azad Media Öncülü” mükafatı öz ölkələrində medianın azadlığı və müstəqilliyi üçün mübarizə aparan media orqanlarının, jurnalistlərin və ya jurnalist qurumlarının təltif edilməsi üçün 1996-cı ildə təsis edilib. Əvvəlki illər bu mükafat bir sıra ölkələrin seçilən mətbuatı, televiziya və radio kanalları, jurnalist qurumları və xəbər agentliklərinə təqdim olunub. Mükafatı bu günə qədər dünyanın ən nüfuzlu media qurumları və jurnalistləri alıb. Sevindirici haldır ki, qaliblər arasında Azərbaycan jurnalistikasının tanınmış nümayəndəsi Azər Həsrətin başçılıq etdiyi qurum da var. Onun rəhbəri olduğu Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) 2004-cü ildə layiq görülüb. Bu il mükafatın seçilməsi Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinə etibar edilib. Düşünürəm ki, bu, Azərbaycan mediasına olan çox böyük bir etimaddır. Çalışacağıq bu etimadı doğruldaq”.
Xatırladaq ki, qalib 24-27 sentyabrda Tayvanın paytaxtı Taypeydə təşkil olunacaq BMİ Dünya Qurultayı və Baş Məclisi zamanı xüsusi mərasimdə bu mükafatı alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR