Bank Of Baku

Jurnalistlər Milli Məclisin ən fəal üzvlərini müəyyənləşdirib

Jurnalistlər Milli Məclisin ən fəal üzvlərini müəyyənləşdirib
# 10 mart 2011 11:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Parlament Jurnalistləri Birliyi (PJB) üçüncü çağırış Milli Məclisin ən aktiv deputatlarının seçilməsi üçün parlamentdə akkreditə olunmuş media nümayəndələri arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, PJB rəhbəri Elşad Eyvazlı bildirib ki, sorğu Milli Məclisdə akkreditə olunan 60-a yaxın jurnalist arasında keçirilib. Sorğu zamanı bir neçə nominasiya üzrə son 5 ildə - üçüncü çağırış Milli Məclisdə daha çox fəallıq nümayiş etdirən deputatların adları müəyyənləşdirilib.

Nəticələrə əsasən 4 nominasiya üzrə ən çox səs toplayan 10 fəal deputatın adı bəlli olub. Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən aktiv millət vəkili kimi ölkənin birinci xanımı, H. Əliyev Fondunun prezidenti Mehriban Əliyeva seçilib. Jurnalistlər onun təşəbbüsü ilə qəbul edilən amnistiya aktını yüksək qiymətləndiriblər. Beynəlxalq təşkilatlarda Azərbaycanı fəal təmsil edən deputatlar kimi sədr müavini Bahar Muradova və Azay Quliyev qalib elan olunub. Seçicilərin hüquqlarını daha yaxşı müdafiə edən deputatlar sırasında ən çox Qənirə Paşayeva, Fuad Muradov və Cəmil Həsənlinin adları qeyd olunub. Plenar iclaslarda fəallığı ilə seçilən millət vəkilləri kimi daha çox 1-ci müavin Ziyafət Əsgərov, Qüdrət Həsənquliyev, Vahid Əhmədov və Siyavuş Novruzov səs toplayıb.

Daha sonra tədbirə qatılan Qənirə Paşayeva, Azay Quliyev, Fuad Muradov və Vahid Əhmədova, eləcə də Qüdrət Həsənquliyevin nümayəndəsinə mükafatlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR