Bank Of Baku

MTRŞ Azərbaycanda televiziya və radioların lisenziya müddətinin uzadılması məsələsini bu həftə müzakirə edəcək

MTRŞ Azərbaycanda televiziya və radioların lisenziya müddətinin uzadılması məsələsini bu həftə müzakirə edəcək
# 14 mart 2011 10:13 (UTC +04:00)
Qeyd edək ki, bu il 2005-2006-cı illərdə teleradio yayımı üçün xüsusi razılıq (lisenziya) almış bir sıra radiostansiya, telekanal və kabel televiziyalarının lisenziya müddəti başa çatır. Qanuna əsasən, teleradio yayımçıları lisenziya müddətinin bitməsinə ən azı 6 ay qalanadək MTRŞ-ya xüsusi razılığın vaxtını uzatmaq barədə ərizə ilə müraciət etməlidir. Qeyd olunan müraciətlərə MTRŞ-nın iclaslarında baxılaraq "Televiziya və radio yayımı haqqında" qanunun 22-ci maddəsinin tələblərinə uyğun qərar qəbul ediləcək. Qanunun 22-ci maddəsinə əsasən, boşalan tezlik resursundan istifadə edən və lisenziyanın müddətini uzatmaq istəyən teleradio yayımçısı xüsusi razılığın vaxtını uzatmaq barədə lisenziya müddətinin bitməsinə azı 6 ay qalmış ərizə verdikdə, bu tezlik üçün müsabiqə keçirilmədən dövlət rüsumunu ödəmək şərti ilə lisenziya müddəti daha 6 il uzadıla bilər.
Göstərilən prosedura əməl etməyən teleradio yayımçılarının yayımlandığı tezlik boşalmış hesab ediləcək və müsabiqəyə çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR