Bank Of Baku

“Amnesty International” nümayəndələri Azərbaycan Mətbuat Şurasında olublar

“Amnesty International” nümayəndələri Azərbaycan Mətbuat Şurasında olublar
# 17 mart 2011 10:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Amnesty International” insan hüquqları təşkilatının Avropa və Mərkəzi Asiya bölməsi üzrə direktor müavini Con Dalhizen, proqram üzrə tədqiqatçısı Natalia Nozadze və əlaqələndirici Maks Takerlə görüşüb. Şuradan APA-ya verilən xəbərə görə, Ə. Amaşov qonaqları Azərbaycanda media sahəsində görülən işlər barədə məlumatlandırıb.

Ə. Amaşov deyib ki, rəhbərlik etdiyi qurum mətbuatın iqtisadi durumunun yaxşılaşdırılmasına dəstək məqsədilə reklam və elanların KİV-də yerləşdirilməsi təcrübəsinin öyrənilməsi, “Diffamasiya haqqında” qanunun qəbuluna nail olmaq istiqamətində iş aparır. C. Dalhizen isə təmsil olunduğu təşkilatın Azərbaycanda media və insan haqları ilə bağlı geniş hesabat hazırladığını bildirib. Bu məqsədlə qəzet redaktorları, dövlət və qeyri-hökumət orqanlarının rəhbərləri ilə görüşlər keçirilib. C. Dalhizen insan hüquqlarının qorunmasının demokratikləşmədə vacib amil olduğunu, medianın prosesdə iştirakına şərait yaradılmasının vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR