Bank Of Baku

Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib - FOTO

Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib - <font color=red>FOTO</font>
# 18 mart 2011 12:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. MŞ-dan APA-ya verilən məlumata görə, iclasda 9 mətbuat orqanı ilə bağlı araşdırma aparılıb. Öncə Şuranın Şikayətlər üzrə Komissiyasının martın 11-də keçirilən iclasının tövsiyəsinə uyğun olaraq 3 qəzet barədə müzakirələr aparılıb. Fəaliyyətində “reket jurnalistika”ya xas cəhətlərin üstünlük təşkil etdiyi “Ədalət carçısı” qəzeti ilə bağlı materialları araşdıran komissiya qəzetin adının MŞ-nin “qara siyahı”sına salınması üçün Şuranın İdarə Heyətinə rəy təqdim etmək qərarına gəlib. Komissiyanın digər qərarına əsasən, “Cəmiyyət” qəzetində etik prinsiplərə sayğısızlıq və digər məqamların olduğu əsas götürülüb, KİV-ə Şuranın ciddi xəbərdarlıq etməsi, nəşrin üç aylıq sayının monitorinqinin aparılması qərara alınıb. Komissiya “Azərbaycan gündəmi” qəzetinə MŞ-nın xəbərdarlıq etməsi üçün kifayət qədər əsasların olduğunu müəyyənləşdirib.

İclasda Tovuz Rayon Təhsil Şöbəsinin “Təhqiqatın gücü” qəzeti ilə əlaqədar müraciətinə baxılıb və toplanmış materialların inzibati orqanlara göndərilməsi qərarına gəlinib. İclasda həmçinin “Ədalət məşəli” və “Yeni hakimiyyət” qəzetləri ilə bağlı araşdırmaların davam etdirilməsi də məqbul sayılıb.

Komissiya üzvləri son vaxtlar adında “parlament” sözü olan bir sıra qəzetlərdən MŞ-yə mütəmadi müraciətlərin ünvanlanmasına da münasibət bildiriblər. Qeyd olunub ki, dövlət orqanlarının adlarından belə sui-istifadə hallarının qarşısının alınması məqsədilə Ədliyyə Nazirliyi qarşısında məsələ qaldırılmalıdır. İclasda daha çox mətbu nəşri MŞ-nin “qara siyahı”sında olan KİV rəhbərləri barədə də ciddi ölçü götürülməsi imkanlarının müəyyənləşdirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR