Bank Of Baku

Şəhriyarın ədəbi irsinin araşdırıcısı Əbülfəz Əli Məhəmmədi Beynəlxalq Avrasiya Mətbuat Fondunda olub

Şəhriyarın ədəbi irsinin araşdırıcısı Əbülfəz Əli Məhəmmədi Beynəlxalq Avrasiya Mətbuat Fondunda olub
# 29 mart 2011 08:17 (UTC +04:00)
Bakı – APA. Böyük Azərbaycan şairi Seyid Məhəmməd Hüseyn Şəhriyarın ədəbi irsinin, həyat və fəaliyyətinin araşdırıcısı, türk və fars ədəbiyyatının tədqiqatçısı, Təbriz İncəsənət Universitetinin müəllimi, şair Əbülfəz Əli Məhəmmədi ailəsi ilə birgə Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olub. BAMF-dən APA-ya verilən məlumata görə, fondun sədri Umud Rəhimoğlu Şəhriyarı dünya mədəniyyətinin, o cümlədən Azərbaycan xalqının çox dəyərli bir ədəbiyyat incisi saydığını bildirib. O, bu böyük şairin həyat və yaradıcılığının geniş tədqiqinə və təbliğinə daim ehtiyac olduğunu vurğulayıb. BAMF sədri rəhbəri olduğu “Avrasiya Press” nəşriyyatında çapa hazırlanan “Söz sərrafı Şəhriyar” adlı kitabı Ə. Ə. Məhəmmədiyə hədiyyə edib. U. Rəhimoğlu qonağa Qarabağ həqiqətlərini əks etdirən müxtəlif kitablar və kitabçalar da verib.

Ə. Ə. Məhəmmədi isə Şəhriyarın ömrünün son 5 ili ilə bağlı çox qiymətli məlumatları diqqətə çatdırıb: “Mən ustad Şəhriyarın öz xahişi ilə həyatının son 5 ilində həftədə 3 dəfə onunla görüşüb söhbətləşmişəm. Özünün razılığı ilə bu söhbətlərimizi audiolentə almışam. Hazırda məndə Şəhriyarla söhbətimiz yazılmış 50 disk var. O disklər bu günə qədər heç bir yerdə səslənməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR