Bank Of Baku

Akif Aşırlının “31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında” adlı kitabının təqdimatı keçirilib - FOTO

Akif Aşırlının “31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında” adlı kitabının təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 29 mart 2011 11:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Jurnalist Akif Aşırlının “31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında” adlı kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid kitab müəllifinin yaradıcılığı haqda danışaraq deyib ki, A. Aşırlı artıq erməni təcavüzü ilə bağlı silsilə nəşrlərin müəllifidir.

Millət vəkili Qənirə Paşayeva erməni təcavüzü mövzusunda materialların bir araya toplanaraq nəşr edilməsini çətin, lakin vacib iş adlandırıb. Yazıçı-publisist Sabir Rüstəmxanlı bildirib ki, müasir jurnalistikanın nümayəndələri ərəb əlifbasını öyrənməli və bu mövzuda olan yazılarında keçən əsrin əvvəllərində çap olunan mətbuat vasitələrindəki dəqiq məlumatlardan istifadə etməlidir. Kitabın əhəmiyyətini vurğulayan S. Rüstəmxanlı Bakıda azərbaycanlıların soyqırımı muzey kompleksinin yaradılmasına ehtiyac olduğunu söyləyib.

Tədbirdə çıxış edən Milli Məclisin üzvləri Fazil Mustafa, Musa Qasımlı, Fərəc Quliyev, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli və digərləri kitabın əhəmiyyətinə diqqət çəkiblər.

Sonda nəşrin müəllifi çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR