Bank Of Baku

Jurnalistlərin kütləvi aksiyaları işıqlandırmaları ilə bağlı monitorinq aparılacaq

Jurnalistlərin kütləvi aksiyaları işıqlandırmaları ilə bağlı monitorinq aparılacaq
# 29 mart 2011 14:50 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda jurnalistlərin kütləvi aksiyaları işıqlandırmalarının monitorinqi aparılacaq. Bu məqsədlə Mətbuat Şurasının (MŞ) nəzdində jurnalistlərdən və hüquq-mühafizə orqanlarının təmsilçilərindən ibarət qrupun fəaliyyəti bərpa olunacaq. Bu barədə APA-ya MŞ-dən məlumat verilib. Kütləvi aksiyalarda jurnalistlərin sərbəst informasiya almaları məsələsi dünən daxili işlər naziri Ramil Usubovla keçirilən görüşdə müzakirə edilib. Görüşdə, həmçinin bunun monitorinqini aparmaq məqsədilə vaxtilə MŞ-nin nəzdində yaradılmış, jurnalistlərdən və hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət xüsusi qrupun fəaliyyətinin bərpası barədə də razılığa gəlinib.

Qeyd olunub ki, Şura bu il martın 26-da «Azadlıq» qəzetinin əməkdaşı Seymur Həziyevlə əlaqədar insidentin araşdırılması üçün daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Martın 28-də MŞ sədri Əflatun Amaşov, «Turan» İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev və Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı daxili işlər naziri Ramil Usubovla görüşüblər. Görüşdə jurnalistlərin kütləvi aksiyalar zamanı peşə vəzifəsini yerinə yetirmələri üçün onlara zəruri şəraitin yaradılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, razılaşdırılan yaxud razılaşdırılmayan olmasından asılı olmayaraq, KİV təmsilçilərinin bütün aksiyalara üzərində «PRESS» yazılmış xüsusi gödəkcələrdə qatılmaları məqsədəuyğundur. Fərqləndirici geyimdə olan jurnalistlərin hər hansı insidentlə, yaxud maneələrlə üzləşdiyi təqdirdə monitorinq qrupu bu halla bağlı operativ araşdırmaların aparılmasını və zəruri ölçü götürülməsini təmin edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR