Bank Of Baku

Azərbaycanda Azad Söz İctimai Forumu keçirilib

Azərbaycanda Azad Söz İctimai Forumu keçirilib
# 29 mart 2011 15:17 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Azərbaycanda bir qrup jurnalist Azad Söz İctimai Forumu keçirib. APA-nın məlumatına görə, forumda Azərbaycanın bəzi jurnalist təşkilatlarının və müxalifət partiyalarının rəhbərləri, hüquq müdafiəçiləri, QHT nümayəndələri, bir müddət əvvəl yaradılmış İctimai Palatanın təmsilçiləri iştirak edib.

Forumda çıxış edən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid tədbirin rəhbərlik etdiyi qəzetin əməkdaşı Seymur Həzinin martın 25-də işdən evə gedərkən naməlum şəxslər tərəfindən döyülməsi ilə əlaqədar olduğunu deyib. O, jurnalistlərə təzyiq olunması ilə bağlı KİV təmsilçilərinin etiraz aksiyaları keçirilməsini təklif edib.

Görüşdə S. Həzinin döyülməsi ilə bağlı martın 28-də Mətbuat Şurasının sədri Əflatun Amaşovun təşəbbüsü ilə daxili işlər naziri Ramil Usubovla görüş keçirildiyini bildirilib. Görüş zamanı R. Usubov S. Həzinin döyülməsindən narahatlığını bildirib. Daxili işlər naziri Seymur Həzinin döyülməsi sifarişinin hakimiyyət tərəfindən verilmədiyini bildirib, bunun üçüncü qüvvə tərəfindən törədildiyini bildirib. Nazir bu məsələnin ciddi və ədalətli şəkildə araşdırılacağını da deyib.

Tədbirdə faktla bağlı Abşeron Rayon Polis İdarəsində istintaq aparıldığını, istintaqa Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun hərəsindən bir nəfər əməkdaş cəlb olunduğu bildirilib. “Turan” agentliyinin direktoru Mehman Əliyev deyib ki, araşdırma məsələsində onlara əməkdaşlıq təklif olunub: “Razılığa gəldik ki, araşdırmalarda bizi Rəşid Hacılı təmsil etsin. O, həm də Seymur Həzinin vəkilidir”.

S. Həzi özü isə çıxışında onunla bağlı obyektiv araşdırma aparılacağına inanmadığını deyib.

Tədbirdə Müsavat Partiyası başqanının müavini Arif Hacılı, ADP sədri Sərdar Cəlaloğlu, AXCP sədri Əli Kərimli və başqaları çıxış edərək S. Həzinin döyülməsini pisləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR